“Ana harayı” abidəsini ziyarət fərqli təşkil ediləcək
Belə ki, “Ana harayı” abidəsini ziyarət etmək istəyən vətəndaşlar mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdırlar. Ona görə də vətəndaşlar abidənin ətrafına beş nəfərlik qruplarla daxil olmalı və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxmalıdırlar.
Abidənin ətrafında insanların toplaşması yolverilməzdir. Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə “Ana harayı” abidəsi istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu tələblər yalnız vətəndaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması məqsədi daşıyır və əminik ki, ziyarətçilər anlayışla qarşılayacaqlar.
Azvision.az