“Xocalı soyqırımını törədənlər cavab verəcəklər” - Mustafa Şentop

“Xocalı soyqırımını törədənlər cavab verəcəklər” -  Mustafa Şentop
  25 Fevral 2021    Oxunub:2126
Xocalı soyqırımını törədənlər gec-tez məhkəmə qarşısında cavab verəcəklər.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı parlamentdə keçirilən tədbirdə deyib.

O bildirib ki, qətliamdan sonra ermənilər meyitlər üzərində qeyri-insani hərəkətlər edib, onların gözlərini çıxrıb, bədən hissələrini kəsib.

Şentop xarici jurnalistlərin Xocalı soyqırımı barədə yazdıqları məqalələrdən də sitat gətirib və deyib ki, həmin yazılarda soyqırımın dəhşətləri qələmə alınıb.

"Bu soyqırımı dünyaya çatdırmaq və Azərbaycanın haqlı davasında yanında olmaq lazımdır. Xocalı soyqırımı 20-ci əsrin sonunda dünyadakı ən dəhşətli hadisələrin başında gəlir. Sözdə insan haqlarını müdafiə edən dövlətlər ölən müsəlman, xüsusilə türkdürsə, heç nə olmamış kimi davranırlar. Beynəlxalq ictimaiyyətin görməzdən gəldiyi insanlıq tarixinə qara ləkə olan qətliamın ağrısını Türkiyə olaraq hər zaman ürəyimizdə hiss edirik. Bu qətliamın hər zaman beynəlxalq gündəmə gəlməsinə çalışırıq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Xocalı  





Xəbər lenti