Çin yoxsulluğa qarşı mübarizədə qələbə qazandı

Çin yoxsulluğa qarşı mübarizədə qələbə qazandı
  25 Fevral 2021    Oxunub:1296
Çin yoxsulluğa qarşı mübarizədə tam qələbə qazandı. Son 8 ildə demək olar ki, 100 milyon insan yoxsulluq həddindən yuxarı qalxmağı bacardı.
Azvision.az xəbər verir ki, bunu Çin lideri Si Cinpin deyib. O bildirib ki, Çin Kommunist Partiyası və Çin xalqının birgə səyləri sayəsində yoxsulluğa qarşı mübarizədə tam bir qələbə qazanılıb.

“Son 8 ildə 98,99 milyon kənd sakini yoxsulluqdan, 832 rayon və 128 min kəndi yoxsul bölgələr siyahısından çıxarıldı. 1970-ci illərin sonunda islahat və açılış siyasətinin başlanğıcından bəri 770 milyon kənd sakini yoxsulluqdan çıxdı. Bu dövrdə Çin qlobal yoxsulluqla mübarizəyə 70% töhfə verdi. Bu cür uğurlarla Çin tarixdə qalacaq daha başqa möcüzə yaratdı", - deyə Cinpin əlavə edib.

Xatırladaq ki, Çin lideri ilk dəfə 2013-cü ildə ölkənin mərkəzi hissəsindəki Hunan vilayətinə səfəri zamanı yoxsulluğla mübarizəni əsas hədəfi kimi elan etmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SiCinpin  





Xəbər lenti