Putin: “Rusiyanı zəiflətmək istəyirlər”
“Söhbət beynəlxalq münasibətlər üçün təbii olan rəqabətdən deyil, Rusiyanın inkişafını pozmağa və ləngitməyə, problemlər yaratmağa, daxili qeyri-sabitliyi təhrik etməyə, cəmiyyətimizi birləşdirən dəyərləri alt-üst etməyə yönəlmiş ardıcıl və çox aqressiv bir xəttdən gedir. Nəticədə Rusiyanı zəiflədib, xarici nəzarət altına vermək istəyirlər, bunun postsovet məkanındakı bəzi ölkələrdə baş verdiyini bilirik", - deyə Putin vurğulayıb.
Pərvanə Sultanova
Azvision.az