Gürcüstan Azərbaycana uçuşları bərpa edir

 Gürcüstan Azərbaycana uçuşları bərpa edir
  24 Fevral 2021    Oxunub:1767
Azərbaycan vətəndaşları martın 1-dən etibarən neqativ PCR testi ilə Gürcüstana hava yolu ilə səyahət edə biləcəklər.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili bildirib.

Onun sözlərinə görə, martın 1-dən etibarən Ukrayna, Qazaxıstan, Ermənistan, Rusiya və Belarus vətəndaşları da eyni qayda ilə səyahət edə biləcəklər. Lakin ölkənin quru sərhəd-keçid məntəqələrində cari rejim saxlanılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti