Rusiyadan tələb: “Paşinyan üzr istəməlidir”

  24 Fevral 2021    Oxunub : 7519
  Rusiyadan tələb:  “Paşinyan üzr istəməlidir”
Ermənistanın baş naziri Nikol Paşinyan “İsgəndər” paket kompleksi ilə bağlı dediklərinə görə açıq şəkildə üzr istəməlidir.

Azvision.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksandr Şerin deyib.
O bildirib ki, Paşinyan Rusiyanın silahlarını tənqid edərək Qafqazdakı münaqişənin nəticələrində özünün günahsız olduğunu göstərmək istəyir.

Şerinə görə, Ermənistanın baş naziri üzr istəməlidir. Dövlət Dumasının müdafiə komitəsi sədrinin birinci müavini hesab edir ki, əvvəlcə öyrənmək lazımdır. Paşinyan “İsgəndər”in taktiki- texniki xüsusiyyətlərini ümumiyyətlə oxuyub, bu raketin nə üçün istifadə edildiyini bilir?

“Düzü, şikayətin nə olduğunu tam anlamıram. Yəqin ki, Paşinyanın hərbi məsələlərlə heç bir əlaqəsi olmayıb. Biz onun sözlərini ciddiyə almalıyıq. Bir adam belə şeylər deyirsə, yoxlama aparılmalıdır. 10 “İsgəndər” raketinin buraxıldığını və yalnız birinin partladığını necə hesablamaq olar? Digər doqquzu hara düşdü və partlamadı? Hesab edirəm ki, Paşinyan açıq şəkildə üzr istəməlidir” - deyə Aleksandr Şerin vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Paşinyan