Solovyov da Paşinyanın açıqlamasını tənqid etdi
“Nikol Paşinyanın çıxışını dinlədim. İndi silahlarımızın pis olduğu ortaya çıxdı. Erməni xalqının ən böyük faciəsində, alçaldılmasında günahkar olan şəxs təkidlə özündən başqa hamının günahkar olduğunu bildirməyə davam edir. Və budur, indi də ölkə başçısı, ali baş komandan belə danışıb. Sənin 2 ilin var idi, gedib özünə istədiyin silahları alardın", - deyə ikinci Qarabağ müharibəsində ermənipərəst çıxışlar edən rusiyalı jurnalist söyləyib.
Tural Tağıyev
Azvision.az