“Nə edirlər etsinlər, birliyimizi poza bilməyəcəklər” - Ərdoğan

“Nə edirlər etsinlər, birliyimizi poza bilməyəcəklər” -  Ərdoğan
  24 Fevral 2021    Oxunub:5051
Türkiyənin terrorla mübarizədəki qətiyyəti xaricdə bir çox insanı narahat edir. Sərhədlərimizdə və onun xaricində apardığımız terror əməliyyatları qanuni haqqımızdır. Bunun üçün kimdənsə icazə almalı deyilik.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bildirib ki, kimsə bu mübarizəyə “amma”, “fəqət” ifadələri ilə kölgə salmağa çalışırsa, həyati səhv etdiyini anlamalıdır.

“İllərdir Qərb dostlarımıza terror təşkilatları ilə bağlı xəbərdarlıq etdik, bir gün sizə də toxunacaqlar dedik, amma eyni səhvlər təkrarlanır. Nə edirlər etsinlər, millətimizin birliyini və qardaşlığını poza bilməyəcəklər”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti, həmçinin əlavə edib ki, Balkanlardan Qafqaza, Afrikaya qədər hər bir qardaşımızın yanında olmağa davam edəcəyik.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti