“Təkcə “İsgəndər” yox, Rusiyadan alınan bütün silahlar yoxlanılmalıdır” - Koçaryan
Azvision.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri, hakim “Mənim addımım” blokunun deputatı Andranik Koçaryan deyib.
Deputat Ermənistan tərəfinin Qarabağdakı müharibə zamanı “İsgəndər”dən istifadə edib-etməməsinə münasibət bildirməkdən çəkinib.
Xatırladaq ki, baş naziri Nikol Paşinyan müsahibəsində bu silah növünün effektivliyinin son dərəcə aşağı olduğunu deyib. Bildirib ki, “İsgəndər” atılsa da, partlamayıb.
“İskəndərin hansı istiqamətdə istifadə olunduğunu bilmirəm. Bu silahın istifadəsini nə təsdiqləyirəm, nə inkar edirəm. Artıq demişəm ki, bu edilməməlidir", - deyən erməni deputat Paşinyanın “İsgəndər”in işləməməsi ilə bağlı açıqlamasının öyrənilməli olduğunu söyləyib.
Koçaryan qeyd edib ki, təkcə Rusiyadan alınan “İsgəndər” yox, həm də son 15 ildə ölkənin əldə etdiyi digər silah növləri də Ermənistanda araşdırılmalıdır: “Biz bunun doğru qərar olub-olmadığını, işləyib-işləmədiklərini anlamalıyıq”.
Mövcud hökumətin silahlı qüvvələrdə bütün bu sistemlərin döyüş hazırlığı ilə bağlı hər hansı yoxlama aparıb-aparmadığı barədə suala Koçaryan "xeyr, çünki heç kim, xüsusən də "İsgəndər"lə bağlı belə şübhələri düşünə bilməzdi".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Silah Rusiya