İrəvandakı aksiyada 50-dən çox etirazçı saxlanılıb

 İrəvandakı aksiyada 50-dən çox etirazçı saxlanılıb
  23 Fevral 2021    Oxunub:1432
Bu gün İrəvanda hökumət binası yaxınlığında keçirilən aksiya zamanı 50-dən çox etirazçı saxlanılıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb. Bildirilib ki, aksiyada 51 nəfər saxlanılaraq polis idarəsinə aparılıb.
Xatırladaq ki, aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın hökumət binasına girişinə mane olmağa çalışıblar. Müxalifətin aksiyasının başlamasından xeyli əvvəl polis qüvvələri hökumət binası qarşısına toplaşıblar.

Polis vətəndaşların hərəkətini məhdudlaşdıraraq binanın ətrafında geniş bir ərazini mühasirəyə alıb. Polis aksiya iştirakçılarını saxlayarkən, onlara qarşı sərt davranıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Aksiya  





Xəbər lenti