Sürücüləri ən çox narahat edən cərimə ləğv edildi

Sürücüləri ən çox narahat edən cərimə ləğv edildi
  23 Fevral 2021    Oxunub:2047
Dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə ləğv edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, məcəlləyə yeni qeyd əlavə edilir. Həmin qeydə əsasən, şəxs bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

346-cı maddə dayanma və ya durma qaydalarının pozulmasını əks etdirir və buna görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulur.

Dəyşiklik III oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: İXM   Cərimə   Ləğv  





Xəbər lenti