Şərurun Dəmirçi kəndi Sədərək rayonunun ərazisinə verilir

Şərurun Dəmirçi kəndi Sədərək rayonunun ərazisinə verilir
  23 Fevral 2021    Oxunub:1906
“Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, layihəyə əsasən, Şərur rayonun inzibati ərazi bölgüsündə olan Dəmirçi kənd inzibati ərazi dairəsindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir.

Layihə səsverməyə qoyularaq qəbul edilib. Bununla bağlı eyni zamanda Bələdiyyələrin siyahısına da dəyişiklik edilib.

Azvision.az


Teqlər: Naxçıvan   Şərur   Sədərək   MM  





Xəbər lenti