Nazirlikdən pensiya açıqlaması: “Şərtlər asanlaşacaq”
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.
“Bu gün əmək bazarındakı dəyişikliklər əsasında orta aylıq əməkhaqqı sürətlə artır. Hazırda ölkədə orta aylıq əməkhaqqı 710 manatdır. Minimum pensiyanın məbləği 210 manat təşkil edir. Bir çox ölkələrdə minimum pensiyanın orta aylıq əməkhaqqına proporsiyası 30 faizdən çox deyil. Amma Azərbaycanda bu 28-30 faiz civarındadır. Bu gün əmək bazarında işləyən şəxslərin topladıqları kapitalın artım sürəti minimum pensiyaların kapital tələbini üstələdiyi üçün gələcək perspektivdə pensiya sisteminə daxil olma şərtləri asanlaşacaq və şəxslər daha sürətli şəkildə pensiya alacaq”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Pensiya