Paşinyanın sui-qəsd qorxusu - VİDEO

 Paşinyanın sui-qəsd qorxusu -  VİDEO
  23 Fevral 2021    Oxunub:3237
Bu gün İrəvanda gərgin anlar yaşanıb.
Azvision.az xəbər verir ki, səhər saatlarında Ermənistan müxalifəti hökumət binasını bloklamağa çalışıb.

Baş nazir Nikol Paşinyanın hökumət binasına girişinə mane olmaq istəyən vətəndaşlar xeyli sayda polislə üz-üzə qalıblar. Etirazçılar polisin qurduğu müdafiə xəttini yara bilməyib.

Erməni KİV-lərinin yaydığı məlumata görə, əraziyə çoxlu sayda xüsusi təyinatlı polis qüvvələri cəlb olunub. Həmçinin yaxınlıqda yerləşən binaların damına snayperlər yerləşdirilib. Bu isə baş nazirə qarşı sui-qəsd ehtimalının artması, onun təhlükəsizliyi ilə əlaqədardır.

Ümumiyyətlə, son günlər Ermənistanda Nikol Paşinyana qarşı sui-qəsd planları barədə geniş müzakirələr aparılır. Müxalifətin və digər radikal qrupların xalqı qiyama çağırışı ilə əlaqədar baş nazirin təhlükəsizliyi gücləndirilib.



Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Sui-qəsd   Ermənistan  





Xəbər lenti