Yalçın Rzazadə Lənkəranda dəfn olunub - YENİLƏNİB

 Yalçın Rzazadə Lənkəranda dəfn olunub -  YENİLƏNİB
  23 Fevral 2021    Oxunub:3587
Ötən gün vəfat edən Xalq artisti Yalçın Rzazadə Lənkəranda dəfn olunub.

Azvision.az-ın məlumatına görə, mərhum sənətkarla yaşadığı evdə vida mərasimi keçirilib. Mərasimdə onun sənət yoldaşları iştirak ediblər.
Daha sonra Y.Rzazadənin cənazəsi Lənkərana yola salınıb.

***
(10:50)

Ötən gün dünyasını dəyişən Xalq artisti Yalçın Rzazədənin harada dəfn olunacağı dəqiq bilinmir.

Bu barədə Azvision.az -a açıqlamasında sənətkarın oğlu Orxan Rzazadə deyib.

"Dəfn mərasiminin harada olacağı dəqiqləşməyib. Ola bilsin, cənazəni Lənkərana apardıq", - deyə Xalq artistinin oğlu söyləyib.

Qeyd edək ki, Yalçın Rzazədə uzun sürən xəstəlikdən sonra ötən gün haqq dünyasına qovuşub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: YalçınRzazədə  





Xəbər lenti