İtaliya şirkətləri Qarabağda yenidənqurma işlərinə dəvət edildi
Anar Quliyev, işğaldan azad olunmuş ərazilərin inkişafı sahəsində əməkdaşlıq üçün dost ölkələrdən olan şirkətlərə üstünlük veriləcəyi barədə Azərbaycan Respublikası Prezidentinin açıqlamasını rəhbər tutaraq bildirdi ki, Azərbaycan-İtaliya əməkdaşlığının bundan sonra da yüksələn xətt üzrə inkişaf etdirilməsi üçün bu gün yeni əlverişli mühit formalaşmışdır. Komitə sədri Qarabağ regionunda şəhərsalmanın planlaşdırılması, zəngin tarixi-memarlıq irsimizin bərpası və yenidənqurma işlərində İtaliya təşkilatlarını iştirak etməyə dəvət etdi.
Görüş çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Mədəniyyət Nazirliyinin nümayəndələri Qarabağın yaşayış məntəqələrinin baş planlarının hazırlanması və tarixi-memarlıq abidələrinin bərpası və restavrasiyası sahəsində görülən işlər və əməkdaşlıq imkanlarına dair təqdimatlarla çıxış etdilər.
Daha sonra, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dəvəti ilə görüşdə iştirak edən bir sıra dövlət təşkilatının və iş adamlarını təmsil edən assosiasiyalarının təmsilçiləri çıxış edərək fəaliyyətləri və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafı ilə bağlı göstərə biləcək xidmətlər barədə ümumi məlumat verdilər. Belə ki, görüşdə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin rəsmiləri ilə yanaşı “ICE” – İtaliya Ticarət Agentliyinin, “OICE” – İtaliyanın memarlıq, mühəndislik və texniki-itisadi konsaltinq şirkətləri assosiasiyasının, “Assorestauro” – İtaliyanın memarlıq, incəsənət, restavrasiya və şəhər bərpası üzrə assosiasiyasının, “Confindustria” – İtaliyanın sənaye və xidmət şirkətləri assosiasiyasının, “SACE” – İtaliya İxrac-Kredit Agentliyinin, “ANCE” – İtaliyanın Milli İnşaatçılar Assosiasiyasının və “Elettricita Futura” – İtaliyanın elektrik enerjisi şirkətləri assosiasiyasının təqdimatları edildi, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olundu.
Azvision.az