Tixanovskaya Avropa İttifaqından narazı qaldı

Tixanovskaya Avropa İttifaqından narazı qaldı
  21 Fevral 2021    Oxunub:6147
Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Avropa İttifaqının ölkəsinə qarşı tətbiq etdiyi sanksiyaları "istehza" adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə "Times" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Tixanovskaya beynəlxalq ictimaiyyətin Belarusdakı hadisələrə reaksiyalarından hələ də məyusdur, vətəndaş cəmiyyətinə dəstək və əlavə sanksiyaların tətbiq edilməsinə çağırır.

"Beynəlxalq ictimaiyyətin Lukaşenkonu qanuni qalib olaraq tanımaması çox əhəmiyyətli idi. Dəstək göstərdilər, lakin problemi həll etmək istəmədilər. Yalnız 90 nəfər sanksiya altındadır. Bu, bir istehzadır. Minskdə hökumət buna gülür", - deyə Tixanovskaya qəzetə müsahibəsində deyib.

O, eyni zamanda Lukaşenko hökumətinə göstərilən maddi dəstəyin dayandırılmasını istəyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus   müxalifət  





Xəbər lenti