Elçibəyin ailəsindən Ayaz Mütəllibova etiraz

Elçibəyin ailəsindən Ayaz Mütəllibova etiraz
  21 Fevral 2014    Oxunub:1150
Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin ailəsi sabiq prezident Ayaz Mütəllibova etiraz edib.
AzVision.az-ın məlumatına görə, Ə.Elçibəyin kürəkəni Aqil Səmədbəyli A.Mütəllibovun Xocalı soyqırımı ilə bağlı müsahibəsində Elçibəylə bağlı səsləndirdiyi fikirləri narazılıqla qarşılayıb.

“Belə savadsız ve səviyyəsiz müsahibənin bizim keçmiş prezidentimizə aid olmasına inanmaq istəmirəm. Amma əgər doğrudan da Ayaz Mütəllibov bu müsahibənin sahibidirsə yazıqlar olsun.

Əbülfəz Elçibəy heç zaman Xocalı faciəsine görə, eyni zamanda Qarabağ məsələsinə görə daxildə düşmən axtarışına çıxmadı. Onun bir tək düşməni vardı, o da Azərbaycanın bütün faciələrinin baiskarı-Rus imperializmi”.

A.Səmədbəyli daha sonra A.Mütəllibovun Elçibəyi dissident kimi qəbul etməməsi, onların savadsız olması haqda fikirlərinə də münasibət bildirib.

“Əvvəla siz haqq dünyada olsaydınız, Elçibəy sağ olsaydı, sizin haqqınızda jurnalist ona sual versəydi, o, sizdən fərqli olaraq ancaq müsbət şeylər danışardı. Çünki haqq dünyada olan adamın dalınca danışmağı Elçibəy nakişilik sayırdı. Xalq Cəbhəsinin rəhbərliyində olmuş sağ qalanlar isə əminəm ki, sizə layiqli cavabı verəcəklər”.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti