ASAN-da `kupça`lar gələn həftədən veriləcək

ASAN-da `kupça`lar gələn həftədən veriləcək
  19 Fevral 2014    Oxunub:779
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində mənzillərin qeydiyyatı haqqında arayışların ("kupçi") verilməsinə fevralın 22-dən başlanacaq.
Bu barədə çərşənbə günü jurnalistlərə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov məlumat verib.

O, qeyd edib ki, həmin işləri "ASAN xidmət" mərkəzlərində Dövlət Komitəsinin mütəxəssisləri həyata keçirəcəklər: "Həmin xidmətlər paralel olaraq, yəni həm mərkəzlərdə, həm də bizim struktur bölmələrimizdə həyata keçiriləcək. Vətəndaşlar "ASAN xidmət" mərkəzlərində müvafiq çıxarışları, mənzil mülkiyyəti hüquqlarının ilkin və ya təkrar qeydiyyatı haqqında texniki pasportları da alacaqlar" (Trend).

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı 2014-cü il 11 fevral tarixli fərmanla mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması və çıxarışların, texniki pasportların verilməsi; fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması və çıxarışların, texniki pasportların verilməsi; yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata qəbulu və hərbi qeydiyyatdan çıxarılması; xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə apostil verilməsi üçün sənədlərin qəbulu xidmətləri "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcək.


Teqlər:  





Xəbər lenti