Pedaqoji Universitetin müəllimi dərsdə öldü

  19 Fevral 2014    Oxunub : 644
Pedaqoji Universitetin müəllimi dərsdə öldü
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dərs zamanı müəllim dünyasını dəyişib.
Bu barədə APA-ya ADPU-nın mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov məlumat verib.

M. İbrahimov bildirib ki, Ümumi Pedaqogika kafedrasının professoru 71 yaşlı Ağahüseyn Həsənovun dərs zamanı qəflətən vəziyyəti pisləşib.

Təcili yardım çağırılsa da, müəllimi xilas etmək mümkün olmayıb.

Teqlər: