Türkiyədən Çinə üçüncü ixrac qatarı sabah yola düşəcək

Türkiyədən Çinə üçüncü ixrac qatarı sabah yola düşəcək
  28 Yanvar 2021    Oxunub:2411
Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə Türkiyədən Çinə gedəcək üçüncü ixracat qatarının hazırlıqları tamamlanıb.
Azvision.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qatar sabah Rusiyaya gedəcək blok ixrac qatarından sonra yola düşəcək. Türkiyədən Çinə ilk blok qatarı 4 dekabr 2020-ci ildə İstanbuldan yola salınıb.

Bor maddəsi 42 konteynerdə Çinin Xian şəhərinə nəql ediləcək. Bor yüklü qatarın daxili səfəri Ankara-Sivas-Qars marşrutundan başlayacaq və Gürcüstan-Azərbaycan-Xəzər dənizi keçidindən sonra Çində bitəcək.

Çinə yolçuluq 12 gün davam edəcək. Səfər zamanı 2 qitə, 2 dəniz və 5 ölkədən keçiləcək.

Türkiyənin enerji və təbii qaynaqlar naziri Fatih Dönmez və nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu sabah saat 10:00-da Ankarada qatarı yola salacaqlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti