Şuşada qeydiyyatdan keçmiş 210 abidə var

   Şuşada qeydiyyatdan keçmiş 210 abidə var
  28 Yanvar 2021    Oxunub:2692
Şuşada qeydiyyatdan keçmiş 210 abidənin 142-si Şuşa Tarix və Mədəniyyət Qoruğunun payına düşür.
Azvision.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Azad Cəfərli deyib.

Həmin abidələrin hamısının bərpa ediləcəyini bildirən A.Cəfərli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə abidələrin monitorinqi və təftişi 4 istiqamət üzrə aparılır.

"Bunlar tamamilə məhv edilmiş, dağıdılmış, vandalizmə məruz qalmış və erməniləşdirilmiş abidələr qruplarıdır".

Azvision.az


Teqlər: Şuşa  





Xəbər lenti