“Məğlubiyyət Ermənistanda psixoloji şok effekti yaradıb” - Rusiyalı politoloq

“Məğlubiyyət Ermənistanda psixoloji şok effekti yaradıb” -    Rusiyalı politoloq
  28 Yanvar 2021    Oxunub:2588
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı və dəstəyi, rusiyalı politoloq Oleq Kuznetsovun müəllifliyi ilə “Ermənistanın müasir dövlət ideologiyasının allyuziyaları” adlı hesabat hazırlanıb.
BMTM-in mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, yazıda ötən ilin sentyabrında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hərbi əməliyyatların başlamasından və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra təcavüzkar ölkədə siyasi böhranın hökm sürdüyü, ölkənin siyasi partiyaların hakimiyyət uğrunda mübarizə məkanına çevrildiyinə diqqət çəkilir. Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən məğlubiyyətə uğradılması Ermənistan cəmiyyətində psixoloji şok effekti yaradıb. Həmçinin qeyd olunur ki, erməni cəmiyyətinin Azərbaycana uduzmasının kökündə təcavüzkar dövlət ideologiyası olan tsexakronizm ideologiyasının dayandığını etiraf etməyə hələ də cəsarəti çatmır.

Müəllif, eyni zamanda, Qaregin Njdenin bu ölkədə qəhrəmanlaşdırılması, banisi olduğu tsexakronizm ideologiyasının mahiyyəti və tarixi barədə yazır, son 20 ildə bu ideologiyanın Ermənistanın idarəçilik sistemində mərkəz mövqedə dayandığına dair əsaslar gətirir. O qeyd edir ki, nasizm ideologiyasının təbliğatçısı olan Qaregin Njdenin erməni xalqının üstünlüyünü ehtiva edən tsexakronizm ideologiyası erməni xalqının milli kimliyinə daxil olub və ölkədə geniş şəkildə təbliğ edilir.

Azvision.az


Teqlər: OleqKuznetsov  





Xəbər lenti