Erməni partiya sədri Paşinyanın öldürülməsini istəyir

 Erməni partiya sədri Paşinyanın öldürülməsini istəyir
  28 Yanvar 2021    Oxunub:4760
Ermənistanın baş naziri Nikol Paşinyan ortadan qaldırılmalıdır.
Azvision.az xəbər verir ki, bunu birinci və ikinci Qarabağ müharibələrinin iştirakçısı olan “Birləşmiş Ermənistan” partiyasının rəhbəri Vahan Badasyan deyib.

"Paşinyan yalnız məğlubiyyətin simvolu olduğu üçün yox, həm də düşmən olduğu üçün uzaqlaşdırılmalıdır".

Paşinyanın necə cəzalandılmasına gəlincə, Badasyan deyib: “Müxtəlif yolla, fiziki məhvinə qədər. Düşmən aradan qaldırılmalıdır, o cümlədən silahların köməyi ilə...

Mən şüurlu şəkildə bu açıqlamanı verirəm. Qoy Milli Təhlükəsizlik Xidməti məni həbs etsin. Nikol fiziki cəhətdən yox edilməlidir. Bu gündən mən bunu hazırlayacağam”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti