“Torpaqların itirilməsinə görə hamımız kədərliyik” - Sarkisyan

“Torpaqların itirilməsinə görə hamımız kədərliyik” -  Sarkisyan
  28 Yanvar 2021    Oxunub:3415
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ordu günü münasibətilə müraciət yayıb.

Azvision.az xəbər verir ki, Sarkisyan erməni xalqının hər zaman ordu gününü sevinclə qeyd etdiyini xatırladıb. Ancaq bu gün isə əhval-ruhiyyə fərqlidir:
"Hamımız qəmliyik, torpaqların itirilməsinə, ölən hərbçilərə görə kədərlənirik, dövlətimizin və xalqımızın gələcəyindən narahatıq".

O, orduya müraciətində ölkənin müdafiəsi üçün indi hərbçilərə daha çox ehtiyac yarandığını söyləyib:

"Qamətinizi düzəldin, ağrılarınızı dişlərinizlə sıxın, keçmişdən dərs alaraq irəli baxın. Yolumuz nə qədər çətin və minalanmış olsa da, daxildə və xaricdə bir-birimizə güvənərək, bütün çətinlikləri birlikdə aşacağıq".

Tural Tağıyev
Azvision.az


Teqlər: Sarkisyan   Ordu  





Xəbər lenti