“Xain” şüarı yenidən İrəvanı “bəzədi” - FOTOLAR

  28 Yanvar 2021    Oxunub : 2327
 “Xain” şüarı yenidən İrəvanı “bəzədi” -  FOTOLAR
Bu gün İrəvandakı binalar və küçələr xain sözləri yazılmış broşürlərlə "bəzədilib".
Azvision.az xəbər verir ki, xüsusi şüarlar yazılmış kağızlar paytaxtın inzibati binalarına, mərkəzi küçələrə, avtobus dayanacaqlarına və metro stansiyalarına yapışdırılıb.

Kağızın digər tərəfində isə “Strike” sözü qeyd olunub. Ehtimal edilir ki, bu, aksiyanı həyata keçirən qrupun adıdır.

Xatırladaq ki, bundan əvvəl də Ermənistanda oxşar aksiyalar təşkil edilmişdi. Amma aksiyanın miqyası indiki qədər geniş olmayıb.









Tural Tağıyev
Azvision.az

Teqlər: İrəvan   Aksiya