Rusiyada koronavirusdan daha 575 nəfər ölüb

  28 Yanvar 2021    Oxunub : 1430
Rusiyada koronavirusdan daha 575 nəfər ölüb
Rusiyada son sutka ərzində koronavirusa 19 138 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 793 810 nəfərə çatıb.

Rusiyada bir gündə 575 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 71 651 nəfərdir. İndiyədək 3 229 258 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Koronavirus