Fon der Leyen Prezidentimizi təbrik edib |
Məktəb üçün yeni qazanxana, nasosxana, hər birinin tutumu 100 kubmetr olan 2 yeraltı su anbarı inşa edilib, həyətyanı sahədə abadlaşdırma, işıqlandırma və yaşıllaşdırma işləri görülüb.
***
Prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbdə yaradılan şəraitlə də tanış oldu.
Məlumat verildi ki, təhsil ocağının 1937-ci və 1970-ci illərdə inşa edilən iki korpusu sökülüb. Onların yerində 264 şagird yerlik dördmərtəbəli yeni müasir korpus tikilib. Eyni zamanda, 2007-ci ildə ibtidai siniflər üçün inşa edilən korpus əsaslı təmir olunub. Yeni tikilən və əsaslı təmir edilən korpuslarda zəruri tədris avadanlığı və vəsaiti ilə təchiz olunmuş sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, kitabxana, yeməkxana, idman və akt zalları var.
Həyətyanı sahəsində geniş abadlaşdırma, işıqlandırma və yaşıllaşdırma işləri aparılan məktəb üçün yeni qazanxana, nasosxana, və yeraltı su anbarları inşa edilib.
Qeyd edək ki, məktəblərin tikintisi və əsaslı təmiri Azərbaycanda həyata keçirilən sosial infrastruktur layihələri içərisində xüsusi yer tutur. Çünki, təhsil sahəsində keyfiyyət dəyişiklikləri üçün sistemli yanaşma var və maddi-texniki bazanın təkmilləşdirilməsi yenidənqurma işləri ilə paralel aparılır.
Görülən işlər bir daha sübut edir ki, hətta pandemiyanın dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına təsirlərinə baxmayaraq, ölkəmizdə heç bir sosial layihə təxirə salınmır.
Azvision.az