Zərif Türkiyəyə gedir

Zərif Türkiyəyə gedir
  28 Yanvar 2021    Oxunub:2232
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edəcək.
Azvision.az Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, səfər yanvarın 29-da baş tutacaq.

Səfər çərçivəsində ikitərəfli münasibətlərin müzakirə edilməsi, regional və beynəlxalq proseslər haqqında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Xatırladaq ki, Zərif regional səfər çərçivəsində daha əvvəl Azərbaycan, Rusiya və Ermənistanda olub. Hazırda isə Gürcüstandadır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CavadZərif  





Xəbər lenti