Sadır Japarov and içib işə başladı

Sadır Japarov and içib işə başladı
  28 Yanvar 2021    Oxunub:2097
Bişkekdə Qırğızıstanın yeni seçilmiş prezidenti Sadır Japarovun andiçmə mərasimi keçirilib.
Azvision.az TASS-a istinadla xəbər verir ki, tədbir Qırğızıstan Milli Filarmoniyasının binasında baş tutub.

Respublikanın Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurjan Şayldabekova dövlət rəmzlərini - döş nişanını və prezident ştandartını Japarova təqdim edib.

Xatırladaq ki, 10 yanvarda Qırğızıstanda prezident seçkiləri və respublikada idarəetmə formasını təyin etmək üçün referendum keçirilib. S.Japarov 79,2 faiz səs alıb.

Referendumun nəticələrinə görə, prezident təsisatının gücləndirilməsini 1,1 milyondan çox, parlament idarəetmə formasını isə 152 mindən bir qədər artıq seçici dəstəkləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SadırJaparov  





Xəbər lenti