“Ermənistan Rusiyanın protektoratına çevrildi” - Koçaryan
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Koçaryan yerli KİV-lərə müsahibəsində bildirib.
“Hərbi və siyasi müttəfiqdən Ermənistan Rusiyanın protektoratına çevrildi. General Muradovun (Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov - red) təhlükəsizliyin təmin edilməsində silahlı qüvvələrin ali baş komandanından daha böyük rolu var", - deyə Koçaryan əlavə edib.
O, Ermənistanın müharibədən sonra zəiflədiyini bildirib.
"İndi o qədər zəifik ki, hər hansı bir qonşu ölkə bizi ələ keçirə bilər. Bu, bir həqiqətdir. Ermənistan Sünik (Zəngəzur) bölgəsini yalnız Rusiya hərbi bazasının olması və Ermənistan-Rusiya razılaşması sayəsində itirmədi”.
Koçaryan vurğulayıb ki, yenidən Rusiyanın hərbi-siyasi müttəfiqinə çevrilmək üçün hər şeyi etməliyik.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: RobertKoçaryan