Koçaryan erkən seçkilərdə iştirak edəcək

 Koçaryan erkən seçkilərdə iştirak edəcək
  28 Yanvar 2021    Oxunub:1655
Ermənistanın ikinci prezidenti Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak edəcəyini bildirib.
Azvision.az xəbər verir ki, bu barədə Koçaryan yerli KİV-lərə müsahibəsində deyib.

“Erkən seçkilər keçirilsə, düşünürəm ki, iştirak etmək doğru olar. Komandamla seçkilərdə iştirak edəcəyəm və qalib gələcəyik”, - deyə sabiq prezident vurğulayıb.

O, yaz aylarında etiraz dalğasının daha da böyüyəcəyini bəyan edib. Qeyd edib ki, hakimiyyət müxalifətin əvvəldən siyasi mübarizə metodlarını seçdiyinə görə sevinməlidir.

Koçaryan hesab edir ki, erməni cəmiyyətində 200-300 min radikal əhvala köklənmiş insan var. İkinci inqilab ölkə üçün problemli olacaq:

"Ancaq hakimiyyətin siyasi yolla dəyişdirilməsinə ümid tükənsə, yazda insanlar yenidən küçələrə axışacaq və etiraz dalğası əvvəlkindən daha güclü olacaq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoçaryan  





Xəbər lenti