Nazirlikdən dərslərlə bağlı yeni açıqlama

Nazirlikdən dərslərlə bağlı yeni açıqlama
  27 Yanvar 2021    Oxunub:1564
Bakı, Sumqayıt və Abşerondakı məktəblərdə ibtidai siniflərdə şagird sıxlığı nəzərə alınmadan dərslər həftədə 3 dəfə olacaq. Belə qərarın verilməsinə səbəb həmin ərazilərin risk qrupuna aid olması və orada şəhərdaxili hərəkətliliyi azaltmaqdır.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu ibtidai siniflərdə dərslərin həftədə 3 dəfə keçirilməsi məsələsinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, regionlarda əgər sinifdaxili sıxlıq imkan verərsə, orada həftədə 3 dəfə dərslər keçirilə bilər.

“Əgər hər şey qaydasındadırsa, hər şagirdin tək-tək partalarda oturma şəraiti olsa, dərslər həftədə 5 dəfə olacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ənənəvi-tədris   Məktəb  





Xəbər lenti