Fərman İsmayılovun nəşi tibbi ekspertizadan keçiriləcək

Fərman İsmayılovun nəşi tibbi ekspertizadan keçiriləcək
  27 Yanvar 2021    Oxunub:1295
Yanvarın 23-də Qvineya körfəzində Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun nəşi ilkin olaraq Baş Prokurorluğa təhvil veriləcək.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

“Xarici İşlər Naziliyi Baş Prokurorluğa rəsmi məlumat göndərib və onun əsasında Fərman İsmayılovun nəşinə məhkəmə tibbi ekspeti baxış keçirəcək. Bundan sonra onun nəşi ailəsinə təhvil veriləcək”, - deyə XİN rəsmisi bildirib.

L.Abdullayeva, həmçinin Türkiyə tərəfinə göstərdiyi köməyə görə təşəkkür edib, mərhumun ailəsinə başsağlığı verib.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis öldürülüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fərmanİsmayılov  





Xəbər lenti