Fərman İsmayılovun nəşi Bakıya gətirildi

 Fərman İsmayılovun nəşi Bakıya gətirildi
  27 Yanvar 2021    Oxunub:1757
Yanvarın 23-də Qvineya körfəzində Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun nəşi Vətənə gətirilib.
Azvision.az xəbər verir ki, cənazəni gətirən "Türk Hava Yolları" aviaşirkətinin təyyarəsi bu dəqiqələrdə Bakıya çatıb.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis öldürülüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fərmanİsmayılov  





Xəbər lenti