Siqareti tərgitmək istəyənlərin diqqətinə: Bu nömrəyə zəng edin!

  27 Yanvar 2021    Oxunub : 1613
Siqareti tərgitmək istəyənlərin diqqətinə:  Bu nömrəyə zəng edin!
Tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir. Hesablamalara görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 8 milyondan artıq insan vəfat edir, onların 1 milyonu ətrafa yayılan tütün tüstüsü ilə nəfəs alan passiv tütünçəkənlərdir. XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyduğu halda, XXI əsrdə tütündən 1 milyard insanın vəfat etməsi gözlənilir.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

"Unutmayaq ki, insanların əksəriyyəti siqaret çəkmir. Çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır – onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər.

Tütündən imtina etmək istəyənlərə dəstək olmaq və onlara yardım etmək məqsədilə fevralın 1-dən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən əhali üçün tütündən imtina üzrə xüsusi “Qaynar xətt” fəaliyyətə başlayacaq. Tütündən asılılığı olan və tütünçəkmədən imtina etmək istəyən şəxslər zəng edərək, peşəkar tibbi-psixoloji məsləhətlər alacaqlar", -deyə məlumatda qeyd olunub.

Tütündən imtina üzrə “Qaynar xətt”: (+994 050) 800 70 45

e-mail: [email protected]

"Qaynar xətt" həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla), saat 10.00-14.00-da fəaliyyət göstərəcək.



Azvision.az

Teqlər: Səhiyyə   Qaynar-xətt