Dövlət sərhədləri minalardan təmizlənir - FOTO

 Dövlət sərhədləri minalardan təmizlənir -  FOTO
  27 Yanvar 2021    Oxunub:2389
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin İran İslam Respublikası dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun bərpa edilməsi tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən Azvision.az -a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin İran İslam Respublikası ilə dövlət sərhəd xətti boyu minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfinədən hazırda minalardan təmizlənilir.

Son günlər ərzində Cəbrayıl rayonunun Həsənli kəndi yaxınınlığında 80 ədəd tank əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.





Azvision.az


Teqlər: DSX   Sərhəd   Mina   Təmizləmə  





Xəbər lenti