Ombudsman qazilərlə görüş keçirdi

  27 Yanvar 2021    Oxunub : 1075
Ombudsman qazilərlə görüş keçirdi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsində iştirak etmiş qazilər David Sadiyev və Ömər Mirzəxanovla görüş keçirib.
Ombudsman Aparatından Azvision.az -a verilən məlumata görə, keçirilmiş görüşdə ABŞ-ın "Vaad L'hatzolas Nichei Yisroel" Beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktor müavini, Bakı gürcü yəhudiləri dini icmasının sədri, görüşdə iştirak edən qazilərin də təhsil aldığı 46 nömrəli tam orta məktəbin yəhudi bölməsinin direktoru Rav Zamir İsayev də iştirak edib.

"Ermənistan etnik nifrət siyasətindən çəkinməlidir" - Ombudsman
Ombudsman Səbinə Əliyeva qaziləri 44 günlük Vətən müharibəsində qazanılmış zəfər münasibətilə təbrik edib, onlara minnətdarlığını ifadə edib. Ombudsman Azərbaycanda mövcud olan bərabərlik və tolerantlıq mühitinə diqqət çəkib, ərazi bütövlüyümüzün təmin olunması uğrunda dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin dəstək göstərdiyini vurğulayıb.

Görüş zamanı Ombudsman qazilərin qayğıları ilə maraqlanıb. Sonda qonaqlar göstərilən diqqətə görə Ombudsmana təşəkkür ediblər.

Azvision.az

Teqlər: Ombudsman   Qazi   Görüş