Daha 31 meyit Ermənistana təhvil verildi

 Daha 31 meyit Ermənistana təhvil verildi
  27 Yanvar 2021    Oxunub:1977
Azərbaycan daha 31 erməni hərbçisinin cəsədinin qalıqlarını qarşı tərəfə təhvil verib.

Azvision.az xəbər verir ki, cəsədlər Füzuli bölgəsində Ermənistan nümayəndələrinə verilib.

İlkin məlumata görə, onlar ehtiyatda olanlardır və şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.
İndiyədək döyüş zonasında 1318 erməninin cəsədi aşkar olunub. Bu gün axtarış işləri Xocavənd, Füzuli və Hadrut bölgələrində davam edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: cəsəd  





Xəbər lenti