Paşinyanın arvadı ilə bağlı yeni qalmaqal

Paşinyanın arvadı ilə bağlı yeni qalmaqal
  27 Yanvar 2021    Oxunub:1266
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Moskva səfəri hələ də erməni cəmiyyətində müzakirə olunmaqdadır.
Azvision.az xəbər verir ki, yerli KİV-lər səfərlə bağlı daha bir qalmaqallı məlumat əldə ediblər.

Qeyd edilir ki, Akopyanı müşayiət edən heyətə, çoxsaylı mühafizəçilərə müəmmalı şəkildə diplomatik pasportlar verilib.

"Fakt budur ki, onları xüsusi səfərdə müşayiət edənlər Rusiyaya diplomatik pasportlarla daxil olublar. Çünki epidemiya dövründə yalnız müəyyən statusu olanlar xaric, bütün Ermənistan vətəndaşlarının Rusiyaya girişi qadağan edilib", - məlumatda deyilir.

Bildirilib ki, əslində Nikol Paşinyanın hakimiyyəti dövründə yenidən işlənildiyi və sərtləşdirildiyi iddia edilən diplomatik pasportların verilməsi proseduru sən demə, belə vacib sənədlərin özbaşına istənilən şəxsə verilməsindən ibarətdir:

"Akopyanı müşayiət etmiş mühafizəçilərlə yanaşı ölkənin təhlükəsizlik xidmətinin əməkdaşları yalnız həmin günlər üçün xüsusi maaş almadılar, həm də Ermənistan vergi ödəyicilərinin pulu ilə ödənilən ezamiyyətə getdilər. Bu cür hallar Cinayət Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulmuş cinayətin əsas tərkib hissələrini ehtiva edən hərəkətdən başqa bir şey deyil".

Tural Tağıyev
Azvision.az


Teqlər: Akopyan   Diplomatik-pasport   Moskva  





Xəbər lenti