Məlumata görə, məhdudiyyətlər Trampın şəxsi vəkili Rudolf Culianın da hesabına aiddir.
Qeyd edək ki, “YouTube” yanvarın 12-də Trampı rəsmi hesabından yeni videolar yerləşdirmək imkanından məhrum edib və onun son videosunu silib. Buna Trampın tərəfdarlarının Konqresə hücum etdiyi 6 yanvar hadisələri səbəb olub.
Hesabın bloklanması 19 yanvar tarixində yenidən yeddi gün uzadılıb, lakin Trampın kanalı hələ də bağlıdır.
“Mümkün zorakılıq qorxusu səbəbindən Donald Trampın kanalındakı məhdudiyyətlər qalmaqdadır. Biz inkişafları yaxından izləyirik”,- "YouTube"un nümayəndəsi deyib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: DonaldTramp