Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır

 Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır
  27 Yanvar 2021    Oxunub:3282
Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, rus hərbçilər Dağlıq Qarabağ zonasında atəşkəsə və bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün ortaq Rusiya-Türkiyə mərkəzində işləməyə hazırlaşırlar.

Mərkəzin tərkibinə daxil olacaq rus hərbçilərinin atəşkəs rejiminin monitorinqi tapşırıqlarını birgə icra etmələri üçün təlim keçdikləri və Azərbaycan ərazisinə getməyə hazırlaşdıqları vurğulanıb.

Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin strukturunu, məqsədini, vəzifələrini və funksiyalarını, işinin təşkili qaydasını, eyni zamanda ərazilərində tapşırıqları yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

Rusiya və Türkiyənin paritet əsasda təmsil olunduğu Birgə Mərkəzin heyəti vəziyyətə nəzarət və atəşkəsin monitorinqini pilotsuz uçuş vasitələrindən istifadə etməklə yerinə yetirəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MonitorinqMərkəzi   Rusiya   Türkiyə  





Xəbər lenti