Fərman İsmayılovun nəşi Azərbaycana yola salındı

Fərman İsmayılovun nəşi Azərbaycana yola salındı
  27 Yanvar 2021    Oxunub:2370
Yanvarın 23-də Qvineya körfəzində Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi İstanbula gətirilib.
Azvision.az “TRT Haber"ə istinadla xəbər veriri ki, cənazəni gətirən Türk Hava Yollarının təyyarəsi saat 04:30 radələrində İstanbul hava limanına enib.

Cənazə saat 07:30-da THY-nin ilk İstanbul-Bakı reysi ilə Azərbaycana yola salınıb.

Qeyd edək ki, dəniz quldurlarının hücumu nəticəsində 19 ekipaj üzvündən 15-i qaçırılıb, bir Azərbaycan vətəndaşı öldürülüb. Gəmi üç nəfərlə Qabonun Port-Gentil limanına üzüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fərmanİsmayılov  





Xəbər lenti