Paşinyanın diplomatik pasportu oğurlanıb

   Paşinyanın diplomatik pasportu oğurlanıb
  27 Yanvar 2021    Oxunub:2092
Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik pasportu ötən ilin 10 noyabr tarixində hökumət binasına hücum edən şəxslər tərəfindən oğurlanıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.
Onun sözlərinə görə, hökumət binasından 14 diplomatik pasport oğurlanıb, onların hamısı etibarsız hesab edilib.

"Bu pasportlar arasında baş nazirin də diplomatik pasportu var", - deyə Naqdalyan vurğulayıb.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri Dağlıq Qarabağda müharibənin dayandırılması barədə üçtərəfli bəyanat qəbul ediblər. Bəyanatın elan olunmasından sonra Ermənistanda kütləvi aksiyalar başlayıb. Etirazçılar hökumət binasına hücum edərək, orada dağıntılar törədiblər.

Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti