Azay Quliyev seçicilərilə görüşüb |
ATƏT-in Minsk Qrupunun həmsədrlik institutuna toxunan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bu qrup mövcud olduğu 28 ildə münaqişənin həlli ilə bağlı heç bir uğura nail ola bilmədi. Azərbaycan təkbaşına ərazi bütövlüyünü bərpa etdi. Həm 10 noyabr 2020-ci il, həm də 11 yanvar 2021-ci il tarixlərində üçtərəfli formatda qəbul olunan bəyanatların heç birində Minsk Qrupunun rolu olmayıb. Bu bəyanatlar regionda qalıcı sülhün və təhlükəsizliyin əldə olunmasında, ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulmasında yeni imkanlar yaradır. ATƏT-in Minsk Qrupunun hazırladığı əvvəlki həll variantları öz aktuallığını itirib. Buna görə də həmsədrlik institutu yeni reallıqları qəbul etməli və onunla hesablaşmalıdır.
ATƏT PA-nın vitse-prezidenti onu da vurğulayıb ki, əgər Minsk üçlüyü bir yerdə nəsə etmək istəyirsə, o zaman Ermənistanı regionda sülhə əməl etmək və qonşuları ilə dinc yanaşı yaşamaq üçün müvafiq addımlar atmağa sövq etsin.
Azvision.az