“Qarabağda qalıcı həllə ehtiyacımız var” - Almaniyalı nazir

 “Qarabağda qalıcı həllə ehtiyacımız var” -   Almaniyalı nazir
  27 Yanvar 2021    Oxunub:2854
"Dağlıq Qarabağda qalıcı həllə ehtiyacımız var"
Bunu Almaniyanın Xarici İşlər naziri Hayko Maas ölkəsinin Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi çərçivəsində AŞPA-nın qış sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində prosesə öz töhfəsini verməyə, məsələnin həll yolu tapılmasına kömək etməyə hazırdır.

“Biz ATƏT-in Minsk qrupu və Şərq Tərəfdaşlığı kontekstində Avropa İttifaqı tərəfdaşlarımızla hər iki ölkənin razılılığa gələ bilməsi ümidi ilə işbirliyimizi davam etdiririk”, - deyə H.Maas bildirib.

“Sülhün əldə edilməsindən sonra da hər iki ölkənin üzləşdiyi çətinliklər olub. Prosesdə hər hansı bir irəliləyiş iki ölkənin bir-biri ilə dialoqa girmək üçün göstərəcəyi iradədən asılı olacaq və biz bu prosesi əlbəttə ki, dəstəkləyirik. Bilirik ki, proses hər iki ölkədə və regionda stabilliyə öz təsirini göstərir". (APA)

Azvision.az


Teqlər: Almaniya   XİN   Qarabağ  





Xəbər lenti