Ermənistanda ordu günü qeyd edilməyəcək

Ermənistanda ordu günü qeyd edilməyəcək
  26 Yanvar 2021    Oxunub:2682
Bu il Ermənistanda silahlı qüvvələr günü təmtəraqlı şəkildə qeyd edilməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, iki gün sonra silahlı qüvvələrin yaradılmasının 29-cu ildönümü münasibətilə hansısa bayram tədbirinin keçirilməsi planlaşdırılmır.

“Böyük bir bayram mərasimi olmayacaq. Yalnız hərbi hissələrdə təşkil ediləcək müəyyən tədbirlərlə kifayətlənəcəyik", - deyə nazirlik bəyan edib.

Ermənilər hər il yanvarın 28-ni silahlı qüvvələrin yaranma günü kimi təmtəraqla qeyd edirdilər. Görünür, bu il Ermənistan rəhbərliyi Qarabağda ağır məğlubiyyətə uğrayan ordu üçün bayram keçirməyi məqbul bilməyib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti