Qoruqların bərpası ilə bağlı layihə hazırlanır

Qoruqların bərpası ilə bağlı layihə hazırlanır
  26 Yanvar 2021    Oxunub:1788
İşğaldan azad edilmiş ərazilərdə 4 yasaqlıq, 2 qoruğumuz olub. Hazırda onların bərpası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən böyük layihə hazırlanır.
Azvision.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib. Onun sözlərinə görə, təhlükəsizlik tədbirləri görüləndən sonra işlərə başlanılacaq.

“Həmin ərazilər vətəndaşlar üçün daha əlçatan və açıq olacaq”, - deyə Xidmət rəisi bildirib.

Aytən Zəhra
Azvision.az




Teqlər: Qarabağ   Milli-park  





Xəbər lenti