Zərif regional səfərinin məqsədini açıqladı

 Zərif regional səfərinin məqsədini açıqladı
  26 Yanvar 2021    Oxunub:1879
Dağlıq Qarabağ münaqişəsinin sona çatması münasibətilə Prezident Vladimir Putini və sizi təbrik edirəm. Bizim ümumi narahatlığımız münaqişənin qonşuluqda olması və insanların ölməsi idi.
Azvision.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib.

O bildirib ki, bu gün münaqişənin həllini ümumi bir fürsətə çevirmək üçün imkanlar var.

“Mənim regional səfərimin əsas məqsədlərindən biri də Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya liderinin iştirakı ilə imzalanan razılaşmalardan irəli gələn bu imkanların üzərində çalışmaqdır".

Xatırladaq ki, Zərif bundan əvvəl Azərbaycanda olub, Rusiyadan sonra onun sabah Ermənistana, ardınca Gürcüstan və Türkiyəyə səfəri gözlənilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CavadZərif   Qarabağ  





Xəbər lenti