Paşinyanın müavini Şahin Mustafayevlə görüşəcəyini təsdiqlədi

Paşinyanın müavini Şahin Mustafayevlə görüşəcəyini təsdiqlədi
  26 Yanvar 2021    Oxunub:2109
Azərbaycan, Ermənistan və Rusiya Baş nazirləri müavinlərinin görüşü yaxın günlərdə baş tutacaq.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilib.
Bundan əvvəl, “RBK” baş nazir müavinləri - Şahin Mustafayev, Mqer Qriqoryan və Aleksey Overçukun nəqliyyat kommunikasiyalarının inşasını müzakirə etmək üçün yanvarın 27-də Moskvada görüşəcəkləri barədə məlumat yayıb.

Qriqoryanın ofisindən görüşün yaxın günlərdə olacağı təsdiqlənib, amma dəqiq tarix açıqlanmayıb.

Qeyd edilib ki, gündəlikdə konkret bir istiqamət və ya infrastruktur yoxdur, lakin regional nəqliyyatın blokdan çıxarılması ilə bağlı müxtəlif məsələlərin müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 11 yanvarda Moskvadakı görüşündən sonra ortaq bəyanat imzalanıb. Sənəd, xüsusən də Dağlıq Qarabağın inkişafı, habelə regional kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupunun yaradılmasını nəzərdə tutur. Ermənistan tərəfinin işçi qrupda nümayəndəsi M.Qriqoryandır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Görüş  





Xəbər lenti